...

Pentaqonun keçmiş başçısı Donald Ramsfeld vəfat edib

Dünya xəbərləri Materials 1 İyul 2021 00:52 (UTC +04:00)
Pentaqonun keçmiş başçısı Donald Ramsfeld vəfat edib

Bakı. Trend:

ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeld 89 yaşında vəfat edib.

Trend-in məlumatına görə, bu barədə onun "Twitter" səhifəsində ailəsi yazıb.

Qeyd olunub ki, D.Ramsfeld Nyu-Meksiko ştatının Taos şəhərində ailənin əhatəsində ölüb. Ölümün səbəbi dəqiqləşdirilməyib.

Qeyd edək ki, D.Ramsfeld 1975-1977-ci illərdə Cerald Fordun administrasiyasında və 2001-2006-cı illərdə Corc Uoker Buşun rəhbərliyi altında ABŞ Müdafiə naziri vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti