...

Tbilisi merliyinə namizəd Kaxa Kaladze seçkilərin ikinci turunda liderlik edir - Gürcüstan MSK

Dünya xəbərləri Materials 31 Oktyabr 2021 00:41 (UTC +04:00)
Tbilisi merliyinə namizəd Kaxa Kaladze seçkilərin ikinci turunda liderlik edir - Gürcüstan MSK

Bakı. Trend:

Seçkilərin ikinci turunda “Gürcü arzusu” partiyasından Tbilisi merliyinə namizəd Kaxa Kaladze irəlidədir.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən ilkin məlumatlarda qeyd olunub.

MSK-nın ilkin məlumatlarına görə, “Gürcü arzusu” partiyasıdan namizəd Kaxa Kaladze 55,96 faiz, “Milli Hərəkat”ın namizədi Nikanor Melia isə 44,04 faiz səs toplayıb.

Bildirilib ki, hazırkı mərhələdə 769 seçki məntəqəsindən 107-sində (13,914%) səslər hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti