...

ABŞ-ın xüsusi nümayəndəsi Yəmənlə bağlı danışıqlar aparmaq üçün Yaxın Şərqə səfər edəcək

Dünya xəbərləri Materials 4 Noyabr 2021 07:39 (UTC +04:00)
ABŞ-ın xüsusi nümayəndəsi Yəmənlə bağlı danışıqlar aparmaq üçün Yaxın Şərqə səfər edəcək

Bakı. Trend:

ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Landerkinq Yəmən hökuməti və bu ölkənin vətəndaş cəmiyyətinin nümayəndələri ilə bölgədəki münaqişə vəziyyətini müzakirə etmək üçün Yaxın Şərqə səfər edəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

Xüsusi nümayəndə və onun komandası diqqətini husilərin Maribə hücumlarına və humanitar böhranı daha da gücləndirən mülki ərazilərə təkrar hücumlara son qoyması zərurətinə yönəldəcək.

Bundan əlavə, Landerkinq yüksək səviyyəli regional hökumət rəsmiləri və digər beynəlxalq tərəfdaşlarla görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti