Bakı. Trend:
Səudiyyə Ərəbistanı martın 5-dən etibarən ölkədəki koronavirusla bağlı məhdudiyyətlərin böyük əksəriyyətini, o cümlədən evdən kənar maskalar və sosial məsafəni ləğv edib.
Trend-in məlumatına görə, bu barədə "Saudi Gazette" qəzeti xəbər verib.
Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, açıq və qapalı ictimai tədbirlərdə iştirak edərkən məcburi maska taxmaq artıq tələb olunmur. Bununla belə, məscidlərdə, o cümlədən Məkkə və Mədinədə İslam müqəddəs yerlərində maska rejiminə riayət etmək hələ də lazımdır.
Krallığa daxil olan zaman "PCR" testinin nəticələrini təqdim etmək və məcburi karantinə riayət etmək lazım deyil.