...

Aİ ölkələri növbəti dəfə Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilməyiblər

Dünya xəbərləri Materials 17 May 2022 01:37 (UTC +04:00)
Aİ ölkələri növbəti dəfə Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilməyiblər

Bakı. Trend:

Aİ xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların altıncı paketi ilə bağlı ortaq mövqeyə gələ bilməyiblər.

Trend xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib.

"Biz altıncı paketlə bağlı razılığa gələ bilmədik. Bu məsələ Aİ ölkələrinin daimi nümayəndələrinə qaytarılacaq, onlar müzakirəni davam etdirəcəklər", - o, Brüsseldə mətbuat konfransında deyib.

J. Borrel bildirib ki, problem əvvəlki kimi neft embarqosu ilə bağlı fikir ayrılığıdır.

Bundan əvvəl daimi nümayəndələr artıq Rusiyaya qarşı sanksiyalar paketini razılaşdırmağa uğursuz cəhddən sonra, məsələ XİN başçılarının baxılması üçün qaldırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti