...

ABŞ təkmilləşdirilmiş bombardmançını sınaqdan keçirib

Dünya xəbərləri Materials 27 İyun 2022 23:56 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) yeni IRIS peyk rabitə sisteminin nümayişini keçirib.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, birbaşa görüntü xəttindən kənara çıxan rabitə sisteminin imkanları "Iridium Certus" terminalı ilə təchiz edilmiş qabaqcıl B-52 "Stratofortress" strateji bombardmançı təyyarəsində sınaqdan keçirilib.

Sistem təyyarəyə real vaxt rejimində məlumat və videoları ötürməyə və qəbul etməyə imkan verir.

Sınaqlar zamanı hərbçilər təyyarənin məlumat ötürmək və qəbul etmək qabiliyyətini qiymətləndiriblər. IRIS sistemi "Iridium NEXT" aşağı orbitli peyk birləşmələrindən istifadə edir. "Iridium Certus" terminalının ötürmə qabiliyyəti saniyədə 704 kilobitdir.

Sınaqlar göstərib ki, sistem ABŞ Hərbi Hava Qüvvələrinin uzaqmənzilli təyyarələrinə operativ və taktiki nəzarət üçün istifadə edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti