...

Amerikalı opera müğənnisi 34 yaşında xərçəngdən vəfat etdi

Dünya xəbərləri Materials 3 Dekabr 2022 12:07 (UTC +04:00)
Amerikalı opera müğənnisi 34 yaşında xərçəngdən vəfat etdi

Bakı. Trend:

Nyu-Yorklu opera müğənnisi Kventin Oliver Li 34 yaşında kolon xərçəngindən vəfat edib.

Trend xəbər verir ki, bu barədə sənətçinin həyat yoldaşı Enci İnstaqram səhifəsində məlumat yayıb.

“Kventin səhər tezdən vəfat etdi. Onunla keçən illərim həyatımın ən gözəl anları idi. Son nəfəsində əlini bərk-bərk tutdum və ürək döyüntülərinin yavaş-yavaş azaldığını hiss etdim. Üzündə təbəssüm vardı və sevdikləri ilə əhatə olunmuşdu”, - deyə ifaçının həyat yoldaşı yazıb.

Qeyd edək ki, Kventin Li “Mən-Harvi Milk” və “Karmen” operalarındakı rolları ilə tanınır. Onun Samanta adlı bir qızı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti