Bakı. Trend:
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Eqqer Rusiyaya səfər etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə BQXK prezidenti "Neue Zürcher Zeitung" qəzetində dərc olunan müsahibəsində deyib.
"Mən Moskvaya gedəcəm”, - deyən Spolyariç Eqqer belə bir səfərin vaxtının hələ müəyyən edilmədiyini bildirib. "Bizim Rusiya ilə bütün səviyyələrdə danışmağımız vacibdir”, - deyə humanitar təşkilatın prezidenti qeyd edib.