...

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb

Dünya xəbərləri Materials 23 Fevral 2023 07:03 (UTC +04:00)
ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatının Orinc qraflığında atışma nəticəsində azı üç nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə yerli polis idarəsinin tviter səhifəsində yerləşdirilən məlumatda deyilir.

“19 yaşlı Keith Melvin Moses 20 yaşlarında bir qadının, 9 yaşlı qızın və “News 13” əməkdaşı da daxil olmaqla üç nəfərin ölümü ilə nəticələnən atışma hadisələrində şübhəli bilinir. Şübhəli şəxs saxlanılıb”, - məlumatda qeyd edilib.

“Associated Press”in məlumatına görə, jurnalist daha əvvəl bir qadın və bir qızın ölümü ilə nəticələnən atışma yerinin yaxınlığında ölümcül yaralanıb. Telekanalın çəkiliş qrupunun daha bir üzvünün yaralandığı və vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti