...

İsrail atəşkəs razılaşması çərçivəsində 30 Fələstin vətəndaşını azad edib

Dünya xəbərləri Materials 30 Noyabr 2023 04:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hakimiyyəti HƏMAS ilə girovların azad edilməsi razılaşması çərçivəsində 30 fələstinli məhbusu azad edib.

Trend-in məlumatına görə, bu barədə "Al Jazeera" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, müvəqqəti atəşkəs razılaşması çərçivəsində İsrail rəsmiləri tərəfindən təhvil verilən 30 fələstinli məhbusu daşıyan avtobus Qırmızı Xaç Komitəsninin tibb qruplarının müşayiəti ilə "Ofer" həbsxanasından çıxıb.

Bundan əvvəl Qəzza zolağında HƏMAS-ın saxladığı israilli girovların altıncı qrupunun azad edilməsi barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti