...

Yanvar-fevral aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı 600 milyon dolları ötüb

Dünya xəbərləri Materials 4 Mart 2024 14:18 (UTC +04:00)
Yanvar-fevral aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı 600 milyon dolları ötüb

Bakı. Trend:

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq, 632,8 milyon dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə 302,5 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 5,4 faiz çoxdur”, – deyə nazirlikdən vurğulanıb.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023-fevral 2024) Türkiyə 5,6 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti