...

BVF Ukraynaya 880 milyon dollarlıq daha bir kreditin ayrılmasını təsdiqləyib

Dünya xəbərləri Materials 22 Mart 2024 04:22 (UTC +04:00)
BVF Ukraynaya 880 milyon dollarlıq daha bir kreditin ayrılmasını təsdiqləyib

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 880 milyon dollar məbləğində üçüncü kredit tranşının ayrılmasına razılıq verib.

Trend-in məlumatına görə, bu barədə Fondun press-relizində bildirilib.

"BVF İdarə Heyəti Ukrayna üçün Genişləndirilmiş Fond Proqramı (EFF) çərçivəsində uzadılmış sazişin üçüncü nəzərdən keçirilməsini başa çatdırıb ki, hakimiyyət orqanlarına büdcə dəstəyi üçün istifadə olunacaq təxminən 880 milyon dollar ekvivalenti toplamaq imkanı verdi", - deyə qeyd olunub.

Məlumatda vurğulanıb ki, hərbi əməliyyatlarla bağlı "son dərəcə çətin şərtlərə baxmayaraq, EFF qüvvədə qalan hakimiyyətin iqtisadi proqramı üçün etibarlı dəstək rolunu oynamaqda davam edir.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti