Bakı. Trend:
İsrail hakimiyyəti aprelin 13-də axşam saatlarından təhsil sistemində dərslərə qoyulan qadağanı və iclaslarda iştirak edənlərin sayına qoyulan məhdudiyyəti aradan qaldırıb.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun (ÇAXAL) mətbuat xidməti xəbər veirb.
"Vəziyyətin qiymətləndirilməsinin nəticələrinə əsasən müəyyən edilib ki, həmin gecə İsrail vaxtı ilə saat 00:00-dan etibarən arxa cəbhə idarəsinin göstərişlərinə dəyişikliklər edilib. Dəyişikliklər çərçivəsində təhsil fəaliyyətinin bərpası qərara alınıb. Bundan əlavə, iclaslarda iştirak edənlərin sayına məhdudiyyət də qaldırılıb", - deyə bildirilib.