...

ABŞ İsraili bölgədə münaqişənin gərginləşməsinin qarşısını almağa çağırıb

Dünya xəbərləri Materials 25 İyun 2024 05:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qalantla görüşdə Yaxın Şərq münaqişəsinin gərginləşməsinin qarşısını almaq və diplomatik həll yolu tapmağın vacib olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti bildirib.

"O, (...) münaqişənin daha da gərginləşməsinin qarşısının alınmasının və həm İsrail, həm də Livan ailələrinin öz evlərinə qayıtmasına imkan verəcək diplomatik həll yolunun tapılmasının vacibliyini vurğulayıb", - deyə qeyd olunub.

Dövlət Departamenti bildirib ki, Blinken və Qallant “Qəzzada bütün girovların azad edilməsini təmin edəcək və Fələstin xalqının əzabını yüngülləşdirəcək atəşkəsə nail olmaq üçün davam edən səyləri” müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti