...

İraq Suriyadakı vəziyyəti ilə bağlı beynəlxalq toplantı keçirmək niyyətindədir - XİN

Dünya xəbərləri Materials 6 Dekabr 2024 21:24 (UTC +04:00)
İraq Suriyadakı vəziyyəti ilə bağlı beynəlxalq toplantı keçirmək niyyətindədir - XİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İraq Suriyadakı vəziyyəti müzakirə etmək üçün bir neçə ölkənin toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış edəcək.

Trend-in məlumatına görə, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn İraqın paytaxtı Bağdadda suriyalı və iranlı həmkarları ilə birgə mətbuat konfransında deyib.

"Biz humanitar yardım göndərməklə Suriya xalqına dəstəyimizi vurğulayırıq və Bağdad Suriya məsələsini müzakirə etmək üçün bir sıra ölkələrin toplantısına ev sahibliyi etmək təşəbbüsü ilə çıxış edəcək", - deyə nazir bildirib.

F.Hüseyn həmçinin "Ərəb Dövlətləri Liqasının nazirlər səviyyəsində təcili çağırılmasını" istəyib və bildirib ki, Bağdad "Suriyadakı vəziyyətin həllinə nail olmaq üçün bütün diplomatik vasitələrdən istifadə edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti