...

Türkiyədə qurulan Misir şirkətlərinin sayı azalıb

Dünya xəbərləri Materials 24 Fevral 2025 14:04 (UTC +04:00)

Bakı. Trend:

2025-ci ilin yanvar ayında Türkiyədə Misir kapitalı ilə 4 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 şirkət azdır.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 2 milyon 400 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 24 milyon 615 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (34) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Misir şirkətlərinin ümumi kapitalı 2 milyon 400 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar ayında Türkiyədə Misir kapitalı ilə 2 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti