Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ-nin Dövlət katibi Marko Rubio telefon vasitəsilə Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər.
Trend xəbər verir ki, bu barədə İsrailin hökumət başçısının ofisi məlumat yayıb.
Tərəflər, xüsusilə, girovların azad edilməsi və Qəzza zolağında hərbi əməliyyatların bərpası məsələlərini gündəmə gətiriblər. Dövlət katibi Rubio isə ABŞ-nin İsrailə və onun siyasətinə tam və qeyd-şərtsiz dəstəyini ifadə edib.