Bakı. Trend:
Böyük Britaniyada yoxsulluq şəraitində yaşayan uşaqların sayı rekord həddə çatıb.
Trend xəbər verir ki, bu barədə ölkənin Əmək və Pensiyalar Departamentinin (DWP) dərc etdiyi yeni statistikada bildirilib.
Buna görə, 2024-cü ilin mart ayına qədər olan bir il ərzində 4.45 milyon uşağın nisbətən az gəlirli ailələrdə yaşadığı təxmin edilir. Bu göstərici 2023-cü ilin martınadək olan dövrdə qeydə alınmış 4.33 milyon uşaqla müqayisədə artım deməkdir. Bu, 2002-2003-cü illərdən bəri aparılan müqayisəli statistika üzrə ən yüksək göstəricidir.