...

Əfqanıstanın ali dini lideri Ramazan bayramı münasibətilə əfv fərmanı imzalayıb

Dünya xəbərləri Materials 30 Mart 2025 04:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstanın ali dini lideri Heybətullah Axundzadə Ramazan bayramı münasibətilə əfv fərmanı imzalayıb.

Trend xəbər verir ki, bu fərmana əsasən, 2500-ə yaxın məhbus azadlığa buraxılıb.

Əfqanıstan Ali Məhkəməsinin Mətbuat Xidmətinin məlumatına görə, Silahlı Qüvvələrin başçısı Əbdül Hakim Həqqaninin göstərişi ilə 2463 nəfər həbsxanalardan azad edilib, daha 3152 məhbusun isə cəzası yüngülləşdirilib.

Xəbər lenti

Xəbər lenti