...

La Liqada 29-cu turun oyunları start götürüb

İdman Materials 30 Mart 2025 03:56 (UTC +04:00)
La Liqada 29-cu turun oyunları start götürüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya La Liqasında 29-cu turun oyunları başlayıb.

Trend xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Atletiko" növbəti matçında xal itkisi ilə üzləşib. Madrid təmsilçisi səfərdə "Espanyol" ilə qarşılaşıb və 1:1 hesablı heç-heçə edib.

Digər matçda "Real Madrid" doğma meydanda "Leqanes" üzərində çətin qələbə qazanıb. Madridlilər ilk hissədə geri düşsələr də, ikinci hissədə vəziyyəti öz xeyirlərinə dəyişərək qalib gəliblər.

17:00. "Real Sosyedad" - "Valyadolid" - 2:1
19:15. "Espanyol" - "Atletiko" - 1:1
21:30. "Alaves" - "Rayo Valekano" - 0:2
00:00. "Real" - "Leqanes" - 3:2

Xəbər lenti

Xəbər lenti