...

Avstraliyada kenquruların kütləvi ölümü araşdırılır

Dünya xəbərləri Materials 30 Mart 2025 03:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Avstraliyanın Viktor Harbor şəhərinin qərbindəki sahil zonasında kenquruların kütləvi ölümü qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, yerli sakinlər sahildə azı səkkiz kenqurunun cəsədini aşkar ediblər. Hadisənin səbəblərini müəyyənləşdirmək üçün İbtidai Sənaye və Regionlar Departamenti araşdırmalara başlayıb.

Ekspertlər heyvanların ölümünün Karenia mikimotoi planktonunun çiçəklənməsi, toksinlər və ya digər ekoloji amillərlə əlaqəli olub-olmadığını araşdırırlar. Bu məqsədlə yaxınlıqdakı dərə, laqun və okean sularından, eləcə də ölü heyvanların cəsədlərindən nümunələr götürülüb.

Mütəxəssislər potensial təhlükələrin qarşısını almaq və yerli faunaya təsiri qiymətləndirmək üçün araşdırmaları davam etdirir.

Xəbər lenti

Xəbər lenti