...

Çində aparılan inşaat işləri zamanı sızma nəticəsində yolayrıcı çökdü

Dünya xəbərləri Materials 12 Fevral 2026 22:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Şanxay şəhərində aparılan inşaat işləri zamanı meydana gələn sızma nəticəsində hələ istifadəyə verilməmiş yolayrıcı çöküb.

Trend xəbər verir ki, bu barədə “STHeadline” nəşri məlumat yayıb.

Hadisə ilə bağlı yayımlanan kadrlarda yaxınlığında tikinti işlərinin aparıldığı nəhəng yol örtüyünün qəfil çökdüyü anlar əks olunub.

Məlumata görə, yol sürətlə dağılmağa başlayıb, yaxınlıqda yerləşən müvəqqəti tikili də yaranan çuxura yuvarlanıb. Çökmə sahəsi genişlənməyə davam etdiyi üçün işçilər dərhal ərazidən uzaqlaşdırılıblar.

Qeyd edilir ki, sızmanın baş verdiyi ərazi “China Railway Tunnel Group” şirkəti tərəfindən inşa edilib. Hadisədən sonra ərazidə dərhal fövqəladə hallara dair fəaliyyət planı işə salınıb.

Xəbər lenti

Xəbər lenti