...

Gürcüstanın müdafiə vəsaitlərinin əsas hissəsi infrastrukturun inkişafına sərf olunur

Dünya xəbərləri Materials 1 May 2006 17:24 (UTC +04:00)

Gürcüstanın Silahlı Qüvvələrinin yaradılmasının 15 -ci ildönümü ilə bağlı Senaki hərbi bazasında keçirilən mərasimdə çıxış edən Gürcüstanın müdaifə naziri İrakli Okruaşvili 2005-ci ildə Gürcüstanın Müdafiə Nazirliyinin əsas xərcləri barədə informasiya verib. Trend in verdiyi məlumata görə, o qeyd edib ki, ötən il hərbi büdcə 366,7 mln lari (203,72 mln. dollar) təşkil edib ki, ondan 153,9 mln. lari əsaslı tikinti işlərinə, 100 mln lari - şəxsi heyətin saxlanmasına, 93,9 mln lari - yarımbölmələrin operativ yarımbölmələrinə, 18,9 mln lari texnikaya çəkilən xərclərə, 83 mln lari əmək haqlarına, 10,6 mln lari ərzağa, 5,7 mln lari rəsmi geimlərə və yüngül inventara və s. xərclənib.

Nazirin sözlərinə görə, 2005-ci ildə hərbi qulluqçuların əmək haqlarının mərhələli artımı həyata keçirilib. Orta hesabla hazırda onun həcmi 700-dən 1500 lariyə (müvafiq olaraq 390-dan 840 ABŞ dollarınadək)qədər təşkil edir.

Okruaşvili həmçinin, qeyd edib ki, ötən il bir neçə mühüm, o cümlədən, "Bronya-2005", "Oqnevoy kulak", "Mtkvari-2005" kimi hərbi təlimlər keçirilib. Bu barədə " Qafqaz-Press" məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti