Çərşənbə günü Gürcüstanın münaqişələrin nizamlanması üzrə dövlət naziri Georgi Xaindrava ABŞ dövlət katibinin köməkçisi Metyu Brayza ilə görüşəcək.
Dövlət naziri aparatından Praym-Nyusa verilən məlumata görə, görüşdə münaqişə zonalarında yaranmış vəziyyət müzakirə olunacaq.
M.Brayza Gürcüstana bazar günü axşam gəlib. İyunun 19-da o, ABŞ-ın Gürcüstandakı səfiri Con Teftlə Suxumidə olub və de-fakto tanınmış Abxaziya hökuməti ilə danışıqlar aparıb. Bu barədə Trend xəbər verir.