...

AB-İran danışıqlarının növbəti raundu ləğv edilib

Dünya xəbərləri Materials 5 İyul 2006 16:40 (UTC +04:00)

Avropa Birliyi və İran arasındakı danışıqların növbəti raundu Brüseldə keçiriləcək. Bu barədə "Associated Press" İran diplomatlarına istinadən xəbər verir. İranın Milii Təhlükəsizlik Şurasının katibi Əli Laricani AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Havyer Solana ilə görüşməli idi. Danışıqların ləğv edilmə səbəbləri açıqlanmayıb. İranın nüvə proqramı ilə bağlı danışıqların bərpası tarixi də müəyyənləşdirilməyib. Rəsmi Tehranın bu məsələ ilə bağlı bu gün bəyanat verəcəyi gözlənilir.

Trend "RBK"ya istinadən xəbər verir ki, iyulun 3-də diplomatik mənbələrdən İran üçün təkliflər paketini hazırlamış müəlliflər cavabın son müddətini (2006-cı il 12 iyul) qoyub. Əvvəllər BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almanyia İranın "böyük səkkizliyin" Sankt-Peterburq zirvə görüşünün keçiriləcəyi tarixə, yəni iyulun 8-nə qədər cavab verməsində təkid edirdi. Rəsmi Tehran isə avqustun ortalarına qədər cavab verməkdən imtina edir və qərar verilməsi üçün vaxt tələb olunduğunu iddia edir.

Xəbər lenti

Xəbər lenti