...

Annan BMT Təhlükəsizlik Şurasında islahatlar keçirməyə çağırıb

Dünya xəbərləri Materials 11 İyul 2006 16:09 (UTC +04:00)

BMT baş katibi Kofi Annan BMT Təhlükəsizlik Şurasında islahatların keçirilməsini vacib hesab edir.

Trend agentliyinin "İTAR-TASS"a istinadən yaydığı məlumata əsasən, bu barədə o, alman qəzetlərinin birində nəşr olunmuş müsahibədə bildirib. "Mən BMT Təhlükəsizlik Şarsında islahatların keçirilməsi vacibliyinə inanmaqdayam və həmişə demişəm ki, bunsuz BMT-də tam islahat mümkün deyil" - deyə K.Annan vurğulayıb. Onun sözlərinə görə, "1945-ci ildən dünya dəyişib və BMT buna uğunlaşmalıdır. Bir çox üzv dövlətlər hesab edir ki, bizim rəhbər qurumlarımız anaxronizmdır. Elə bir təsəvvür yaranıb ki, BMT-ni yalnız 5 dövlət idarə edir və biz bu vəziyyətlə barışa bilmərik" - deyə o qeyd edib. K.Annan Almaniyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq meylinə münasibət bildirməkdən imtina edərək bunun Təhlükəsizlik Şurası və BMT-dəki islahatlar prosesinin bir hissəsi ola biləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti