...

K.Rays: Yaxın Şərqdə istənilən barışıq əsaslı dəyişikliklərə əsaslanmalıdır

Dünya xəbərləri Materials 19 İyul 2006 14:10 (UTC +04:00)

Yaxın Şərqdə istənilən barışıq uzunmüddətli nəticəyə səbəb olacaq əsaslı dəyişikliklərə əsaslanmalıdır. Bu bəyanatı davam edən Livan-İsrail münaqişəsi ilə bağlı ABŞ dövlət katibi Kondoliza Rays verib. Söhbətin məhz hansı dəyişikliklərdən getdiyini K.Rays dəqiqləşdirməyib.

Trend in xəbər verdiyi kimi, Amerika xarici siyasət idarəsinin rəhbəri həmçinin bildirib ki, barışıq üçün "əlverişli şərait" yaradılmalıdır. Onun sözlərinə görə, bu istiqamətdə atılan addımlara BMT Təhlükəsizlik Şurasının "Hizbullah" hərbi qruplaşmalarının tərk-silah edilməsini, Livan qoşunlarının İsrail sərhədində yerləşdirilməsini və sülhməramlı əməliyyatların genişləndirilməsini tələb edən qətnaməsinin yerinə yetirilməsi daxil olmalıdır.

K.Rays həmçinin bildirib ki, yaxın vaxtlarda müharibə bölgəsinə səfər etməyi planlaşdırmır. Səfər "faydalı və zəruri" olduğu zaman baş tutacaq.

Xəbər lenti

Xəbər lenti