...

"Sehrli xalat" geyinən ulduzlar "yun didib", "toyuq-cücə yemləyib" "ağac bellədilər" (FOTO)

Mədəniyyət Materials 23 Aprel 2011 14:22 (UTC +04:00)
"Restoran, əyləncə məkanlarının səhnələrində görməyə alışdığınız tanınmış ulduzlar imiclərini dəyişərlərsə necə olarlar" sualı, həmişə tamaşaçıları maraqlandıran mövzulara başçılıq edib yazsaq, heç də yanılmarıq.
"Sehrli xalat" geyinən ulduzlar "yun didib", "toyuq-cücə yemləyib" "ağac bellədilər" (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir Ş.Cavadsoy/

"Restoran, əyləncə məkanlarının səhnələrində görməyə alışdığınız tanınmış ulduzlar imiclərini dəyişərlərsə necə olarlar" sualı, həmişə tamaşaçıları maraqlandıran mövzulara başçılıq edib yazsaq, heç də yanılmarıq. Bəli, tam əminliklə deyirik ki, təqdim etdiyimiz fotosessiyaya baxdıqdan sonra ən azı üç populyar Azərbaycan şou-biznes nümayəndəsi - milli və digər xalqların rəqslərinin mahir ifaçısı rəqqasə, "Göyçək" təxəllüslü Fatimə Fətəliyeva, "Əjdəha" ləqəbli Nadir Qafarzadə və yumor ustası Fərda Xudaverdiyevi kənd həyatının bir neçə saatlıq olsa belə, müsbət istiqamətdə necə dəyişdiyini görəcəksiniz. Trend oxucularına macəraları haqqında məlumat verən Fatimə olduqca maraqlı keçən o xoş günün təəssüratlarını bu sözlərlə bölüşdü.

"Mən və sənətçi dostlarım Nadir və Fərda ilə birgə sanki "Sehrli xalat" filmindəki kimi nağıllar dünyasına getmək şansı qazanmışdıq. Təsəvvür edirsiniz, mən hara, yun didmək hara? Toyuq hinində cücələrə dən verib onların qayğısına qalırdım. Bağban geyimində əlimizə bel götürüb, ağaclara qulluq edirdik. Bu işdə ən böyük dəstəyi isə sənətçi dostlarımdan aldım. Kənd həyatı mənim aurama o qədər müsbət təsir göstərdi ki, yenidən ora qayıtmağa can atıram", - Fatimə belə dedi.

Qeyd edək ki, "Zəhmətkeş ulduzlar" adlı yeni televiziya proqramının ilk qonaqları kimi Salyan rayonunda çəkilişdə olmuş fərqli layihə "SOY production" tərəfindən ərsəyə gətirilir və yaxın vaxtlarda "Space TV" vasitəsilə nümayiş olunacaq. Fotolar isə Trend üçün rəqqasənin prodüseri Dinarə xanım tərəfindən çəkilib.

Xəbər lenti

Xəbər lenti