...

Opera və Balet Teatrında “Koroğlu” operası təqdim olunacaq

Mədəniyyət Materials 18 May 2016 12:18 (UTC +04:00)
Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz “Koroğlu” operasının tamaşası keçiriləcək.
Opera və Balet Teatrında “Koroğlu” operası təqdim olunacaq

Bakı. Trend:

Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz "Koroğlu" operasının tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, premyerası 1937-ci ildə baş tutan bu opera milli opera sənətimizin incilərindən biri olub artıq 79 ildir ki, səhnədədir. Bu illər ərzində tamaşada əsas partiyaları Azərbaycan vokal sənətinin bir çox görkəmli nümayəndələri ifa etmişlər.

Mayın 25-də baş tutacaq tamaşada iki əsas partiyada yeni ifaçıların debütü gözlənilir - Koroğlu rolunda ilk dəfə Əməkdar artist, Azərbaycan Respublikası Prezidentinin fəxri mükafatçısı Fərid Əliyev, Həsən xan rolunda isə digər bir gənc vokalçı, Əməkdar artist Cahangir Qurbanov çıxış edəcəklər.

Tamaşada həmçinin teatrın solistlərindən Xalq artisti Əli Əsgərov (İbrahim xan), Əməkdar artistlər İlahə Əfəndiyeva (Nigar), Əkrəm Poladov (Alı kişi), Sabir Əliyev (Vəli), solistlərdən Əliəhməd İbrahimov (Nadir), Tural Ağasıyev (Vəzir), Tələt Yahyayev (Ehsan paşa), Atəş Qarayev (Həmzə) və b. Iştirak edəcəklər.

Tamaşanın xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Nərgiz Ağayeva, dirijoru isə Xalq artisti, professor Cavanşir Cəfərovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti