...

"Latın Amerikası və Türk dünyası mədəniyyətlərin kəsişməsi" argentinalı ziyalıların gözüylə

Mədəniyyət Materials 28 Oktyabr 2017 13:49 (UTC +04:00)
Argentinada “Latın Amerikası və Türk dünyası mədəniyyətlərin kəsişməsində” mövzusunda elmi seminar keçirilib.
"Latın Amerikası və Türk dünyası mədəniyyətlərin kəsişməsi" argentinalı ziyalıların gözüylə

Bakı. Trend:

Azərbaycan və Türkiyənin Argentinadakı səfirliklərinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Argentinanın La Plata Dövlət Universtitetinin Beynəlxalq Əlaqələr İnstitutu nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrasının və Belqrano Universitetinin dəstəyi ilə Argentinada “Latın Amerikası və Türk dünyası mədəniyyətlərin kəsişməsində” mövzusunda elmi seminar keçirilib.

Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanşünaslıq kafedrasının koordinatoru professor Paulo Botta tədbiri çıxış sözü ilə açaraq, türk dünyasının zəngin mədəni və tarixi irsə sahib olduğunu, bu baxımdan Latın Amerikası ölkələri üçün belə bir mövzuda seminarın keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva seminarda çıxış edərək rəhbərlik etdiyi Fondun fəaliyyətindən, onun türk dünyasının zəngin mədəni irsinin qorunub saxlanılmasında və təşviq edilməsində oynadığı rolundan, türk dünyasının sahib olduğu mədəniyyət nümunələrindən danışıb. G.Əfəndiyeva həmçinin, Latın Amerikası və türk mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlığın önəmindən bəhs edərək, gələcəkdə bu əməkdaşlığın gücləndirilməsi imkanlarını qeyd edib. Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan G.Əfəndiyeva, bu münaqişə nəticəsində türk dünyası mədəniyyətinin bir hissəsi olan Azərbaycanın mühüm tarixi və mədəni abidələrinin ermənilər tərəfindən dağıdılğını vurğulayıb.

Sonra çıxış edən türkiyəli professor Turan Karataş türk dilinin tarixi önəmindən, onun ədəbi nümunələrindən bəhs edib.

Tədbirdə Argentina universitetlərinin professor və tələbə heyəti, elmi dairələrin, diplomatik korpusun nümayəndələri, jurnalistlər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Argentinada səfərdə olan G.Əfəndiyeva həmçinin, Argentinanın bir sıra rəsmi şəxsləri ilə də görüşərək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Argentina arasında mümkün əməkdaşlıq əlaqələrini müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti