...

Mingəçevirdə Fikrət Əmirovun yaradıcılıq gecəsi keçirilib (FOTO)

Mədəniyyət Materials 2 Mart 2020 14:34 (UTC +04:00)
Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən Mingəçevir şəhər Şəhid Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Məktəbində SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ Xalq artisti, görkəmli bəstəkar Fikrət Əmirovun yaradıcılıq gecəsi keçirilib.
Mingəçevirdə Fikrət Əmirovun yaradıcılıq gecəsi keçirilib (FOTO)

Bakı. Trend:

Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən Mingəçevir şəhər Şəhid Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Məktəbində SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ Xalq artisti, görkəmli bəstəkar Fikrət Əmirovun yaradıcılıq gecəsi keçirilib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə məktəbin direktoru Etibar Əliyev açaraq qeyd edib ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Fikrət Əmirov Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir. Onun simfonik muğam və muğam-poema janrlarında olan əsərləri Azərbaycanın özünəməxsus musiqi mədəniyyətinin mövcudluğundan xəbər verir. Fikrət Əmirovun yazdığı “Nizaminin xatirəsinə” simfoniyası, “Şur” və “Sevil” operaları, “Min bir gecə” baleti, “Azərbaycan kapriççiosu”, “Gülüstan-Bayatı-Şiraz”, “Nəsimi əfsanəsi” kimi simfonik əsərləri sənətkara böyük şöhrət qazandırıb.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi tərəfindən dünya şöhrətli bəstəkarın bəstələdiyi mahnılar ifa edilib.

Sonda Fikrət Əmirovun həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti