...

"Qarabağ inciləri" kompozisiyası Fikrət Əmirova aid deyil - Nazirlik

Mədəniyyət Materials 6 Fevral 2021 23:05 (UTC +04:00)
"Qarabağ inciləri" kompozisiyası Fikrət Əmirova aid deyil - Nazirlik

Bakı. Ceyhun Ələkbərov - Trend:

Sosil şəbəkələrdə Fikrət Əmirovun "Qarabağ inciləri" kompozisiyası kimi hesab edilən rəqs musiqisi Azərbaycan bəstəkarına aid deyil.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, uzun müddətdir ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində müxtəlif mənbələrə istinad edilərək görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirova məxsus musiqi kompozisiyasının erməni bəstəkar Ara Gevorkyanın müəllifliyi altında təqdim edilməsi barədə məlumatlar yayılmaqdadır.

“Bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir. Belə ki, Fikrət Əmirovun "Qarabağ inciləri" kompozisiyası kimi hesab edilən rəqs musiqisi Azərbaycan bəstəkarına aid deyil.

Fikrət Əmirovun belə bir adda əsəri yoxdur və sözügedən kompozisiyanın da ona aidiyyəti yoxdur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti