...

Taksi qəza törətdi - orta yaşlı kişi xəsarət aldı (VİDEO)

Hadisə Materials 18 İyun 2019 11:52 (UTC +04:00)
Xırdalanda yol-nəqliyyat hadisəsi baş verib.
Taksi qəza törətdi - orta yaşlı kişi xəsarət aldı (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Xırdalanda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Xırdalan dairəsinin yaxınlığında qeydə alınıb. Üzü şəhər istiqaməti ilə hərəkətdə olan 90-PN-452 dövlət nömrə nişanlı "Ravon" markalı taksinin sürücüsü idarəetməni itirərək dəmir arakəsməyə çırpılıb. Qəzada bir nəfər orta yaşlı kişinin xəsarət aldığı bildirilir.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti