...

İraqlı tələbə Bakıda qanunsuz idarə etdiyi avtomobillə 6 yaşlı uşağı vurdu

Gündəm Materials 28 İyun 2019 08:00 (UTC +04:00)
Bakıda İraq vətəndaşı avtomobillə qəza törədib
İraqlı tələbə Bakıda qanunsuz idarə etdiyi avtomobillə 6 yaşlı uşağı vurdu

Bakı. Samir Əli - Trend:

Bakıda İraq vətəndaşı avtomobillə qəza törədib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

İraq vətəndaşı, Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi Ahmed Xalif Ezzatın etibarnaməsi olmadığı halda dostu Anar Əfəndiyevə məxsus "KİA Cerato" markalı 99-NU-605 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Nəsimi rayonu, Vaqif küçəsində velosipedçi, 2013-cü il təvəllüdlü Səlim Səlimovu vurub.

Hadisə nəticəsində azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti