Bakı. İlhamə İsabalayeva - Trend:
"JARA" festivalı keçirilən ərazidə növbə çəkən təcili tibbi yardım briqadasına 26 yaşlı Azərbaycan vətəndaşı müraciət edib.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin şəxs sol diz qapağından səthi travma alıb. Həkimlər ona yerində yardım ediblər.
Qeyd edək ki, hazırda həm "Olimpiya Gənclər Festivalı 2019", həm də "JARA” festivalı keçirilən ərazilərdə təcili tibbi yardım briqadaları növbə çəkirlər.