...

Samux sakininin avtomobilindən narkotik və saxta pul götürüldü

Gündəm Materials 15 Fevral 2020 19:55 (UTC +04:00)
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Samux rayon sakini Y.Əliyevin idarə etdiyi avtomobilə baxış zamanı oradan narkotik vasitələr aşkar edilərək götürülüb.
Samux sakininin avtomobilindən narkotik və saxta pul götürüldü

Bakı. Trend:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Samux rayon sakini Y.Əliyevin idarə etdiyi avtomobilə baxış zamanı oradan narkotik vasitələr aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Gəncə şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Samux rayon sakini Y.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan kokain və tramadol həbbi, eləcə də sərnişini, həmyerlisi E.Qarayevdən heroin, metadon, metamfetamin, 1 ədəd saxta olması ehtimal olunan 100 manatlıq pul əskinası və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

E.Qarayevin yaşadığı evdən isə əlavə olaraq 4 kiloqram 114 qramdan artıq marixuana götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti