...

ASAN Radio Şuşadan səsləndi (FOTO)

Gündəm Materials 12 Noyabr 2020 15:50 (UTC +04:00)
ASAN Radio Şuşadan səsləndi (FOTO)

Bakı. Samir Əli - Trend:

ASAN Radio işğaldan azad olunan Şuşada ilk Azərbaycan radiosu kimi səsləndirilib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 28 il sonra işğaldan azad edilən Şuşa şəhərində artıq operativ məlumat dalğası - ASAN Radio Azərbaycanda 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. Radionu asanradio.az saytından və mobil tətbiqlərdən dinləmək olar.

Xatırladaq ki, ASAN Radio Prezident İlham Əliyevin tapşırığı ilə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Elə həmin ilin dekabrın 24-də yayıma başlayıb. Bu il ASAN Radionun fəaliyyətinin 5 ili tamam olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti