...

Qaradağın polis rəisi vəzifəsindən azad edildi

Gündəm Materials 9 İyun 2021 09:36 (UTC +04:00)
Qaradağın polis rəisi vəzifəsindən azad edildi

Bakı. Samir Əli - Trend:

Qaradağ Rayon Polis İdarəsinin rəisi öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Trend-in məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə, polis polkovniki İsfəndiyar Möhbalıyev öz xahişi ilə daxili işlər orqanlarından xaric edilib. İdarə rəisinin yerinə yeni təyinat olmayıb.

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti