...

Ermənistan Azərbaycan və İran arasında qarşıdurma yaratmaqla məşğuldur - İranlı mənbə

Gündəm Materials 22 Sentyabr 2021 10:44 (UTC +04:00)
Ermənistan Azərbaycan və İran arasında qarşıdurma yaratmaqla məşğuldur - İranlı mənbə

Bakı. Elnur Bağışov – Trend:

Ermənistan Azərbaycan və İran arasında aranı qızışdırmaq və qarşıdurma yaratmaqla məşğuldur.

Bunu Trend-ə məlumatlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, əslində İrandan məhsulların Ermənistana daşınması üçün Ermənistan öz ərazisində 25 kilometr yol çəkməli idi. Ermənistan yolun 20 kilometr hissəsini çəkib, 5 kilometri isə hələ də çəkməyib: “Bu yol vaxtında çəkilsəydi, yük avtomobilləri Azərbaycan ərazisinə daxil olmayacaqdı. Hazırda İranda bu barədə susurlar ki, Azərbaycanı günahlandırsınlar”.

Mənbə qeyd edib ki, son vaxtlar Gorus-Qafan yolunun Azərbaycan hissəsində Azərbaycan tərəfinə müqavimət göstərən iki iranlı sürücü saxlanılıb: "İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu məsələ ilə bağlı Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb və hələlik hər hansı bir nəticə yoxdur".

Mənbə bildirib ki, Azərbaycan yol məsələsində öz qaydalarını tətbiq etməkdə haqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti