...

Şamaxıda baş verən zəlzələnin hər hansı fəsadı olubmu? - AÇIQLAMA

Gündəm Materials 20 Noyabr 2021 19:51 (UTC +04:00)
Şamaxıda baş verən zəlzələnin hər hansı fəsadı olubmu? - AÇIQLAMA

Bakı. Trend:

Bu gün Şamaxıda baş verən zəlzələ nəticəsində hər hansı ciddi fəsad qeydə alınmayıb.

Trend-in məlumatına görə, bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.

“Əməkdaşlarımız ərazidədirlər, hələlik heç bir fəsad qeydə alınmayıb”, - deyə bildirilib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı rayonu ərazisində - Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda zəlzələ baş verib. Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5,1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 3-4 bala qədər hiss edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti