...

Şamaxıda koronavirus xəstəsi marketdə aşkarlanıb

Gündəm Materials 30 Dekabr 2021 08:28 (UTC +04:00)
Şamaxıda koronavirus xəstəsi marketdə aşkarlanıb

Bakı. Trend:

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilən şəhər sakini Kamal Rəsulov qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və polis əməkdaşları tərəfindən o, böyük marketlərin birində alış-veriş edərkən aşkarlanıb. Həmin şəxslə izahedici söhbətlər aparıldıqdan sonra evinə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

K.Rəsulov barəsində polis şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti