...

“WhatsApp”da çoxdan gözlənilən yenilik

Gündəm Materials 25 Yanvar 2024 20:59 (UTC +04:00)
“WhatsApp”da çoxdan gözlənilən yenilik
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"WhatsApp"da Üçüncü Tərəf Çatlar funksiyası istifadəyə verilib.

Trend-in məlumatına görə, funksiya istifadəçilərə birbaşa "WhatsApp" proqramından digər ani messencerlərdə insanlarla söhbət etməyə imkan verir.

Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti