...

Azərbaycan FHN-in əməkdaşları Kür çayında boğulmuş şəxsin meyitini tapıb

Hadisə Materials 19 May 2010 16:27 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları mayın 15-də Kür çayına düşmüş şəxsin meyitini tapıblar. Bu barədə FHN-in rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Azərbaycan FHN-in əməkdaşları Kür çayında boğulmuş şəxsin meyitini tapıb

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir M Əliyev/

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları mayın 15-də Kür çayına düşmüş şəxsin meyitini tapıblar. Bu barədə FHN-in rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Şənbə günü Neftçala rayonunun Kürkənd kəndi ərazisində 1952-ci il təvəllüdlü Zair Paşa oğlu Əhmədov Kür çayına düşüb.

Qeyd olunan şəxsin cəsədi düşdüyü yerdən 20 km aralıda nazirliyin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb. Əməliyyat saat 09:45-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti