...

Zərdabda yük maşını minik avtomobili ilə toqquşub, ölən və yaralananlar var

Hadisə Materials 29 May 2013 12:57 (UTC +04:00)
Zərdab rayonunun Dəkkəoba kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Zərdabda yük maşını minik avtomobili ilə toqquşub, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İzzət/

Zərdab rayonunun Dəkkəoba kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, mayın 28-də saat 12.00 radələrində Zərdab rayonunun Dəkkəoba kəndi ərazisində Dəliquşçu kənd sakini Elçin Musayevin idarə etdiyi "Mercedes-190" markalı və Yevlax rayon sakini Araz Məmmədovun idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarət almış hər 2 sürücü və E.Musayevin sərnişini, həmkəndlisi Roman İsbəndiyarlı, habelə A.Məmmədovun sərnişini, həmyerlisi Qənimət İsayev xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq R.İsbəndiyarlı xəstəxanada ölüb.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti