...

İraqda terror aktı nəticəsində ölənlərin sayı 17-yə çatıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 7 İyun 2013 17:40 (UTC +04:00)
Bu gün Bağdadın şimalında iranlı zəvvarları aparan avtobusa terrorçu-intiharçının hücumu nəticəsində ən azı 4 nəfər ölüb, 25 nəfər yaralınıb.
İraqda terror aktı nəticəsində ölənlərin sayı 17-yə çatıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:55-də yayılıb)

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Bu gün Bağdadın şimalında iranlı zəvvarları aparan avtobusa terrorçu-intiharçının hücumu nəticəsində ən azı 17 nəfər ölüb, 45 nəfər yaralınıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə "Sinxua" agentliyi yerli polis idarəsinə istinadən xəbər yayıb.

Bundan əvvəl 4 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı deyilirdi.

Hadisə Diyalə vilayətinin inzibati mərkəzi Baakuba (paytaxtdan 60 km şimalda yerləşir) şəhərinin yaxınlığında baş verib.

Terrorist minalanmış avtomobili İraqda şiələr üçün müqəddəs yerləri ziyarət etmək niyyəti ilə qonşu ölkədən gələn zəvvarların yaxınlığında partladıb. Zərərçəkənlərin əksəriyyəti ağır vəziyyətdə yerli xəstəxanalara çatdırılıb.

Ölənlərdən 12-nin İran vətəndaşı olduğu bildirilir.

Həkimlər ölənlərin sayının artacağını istisna etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti