...

Xaçmazda 52 yaşlı qadın ikinci mərtəbədən yıxılaraq ölüb

Hadisə Materials 14 İyun 2013 16:23 (UTC +04:00)
Xaçmaz şəhər Nəriman Nərimanov küçəsi, ev 62, mənzil 39 ünvanında müvəqqəti yaşayan 52 yaşlı Nazilə Həkimova tikilməkdə olan yeni evin 2-ci mərtəbəsindən yıxılıb.
Xaçmazda 52 yaşlı qadın ikinci mərtəbədən yıxılaraq ölüb

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İzzət/

Xaçmazda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Trend Regional TV-yə istinadən xəbər verir ki, Xaçmazda bədbəxt hadisə baş verib. Xaçmaz şəhər Nəriman Nərimanov küçəsi, ev 62, mənzil 39 ünvanında müvəqqəti yaşayan 52 yaşlı Nazilə Həkimova tikilməkdə olan yeni evin 2-ci mərtəbəsindən yıxılıb.

Ağır qapalı kəllə beyin travması alan Həkimova dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlər ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti