...

Yevlaxda 3-cü övladını dünyaya gətirən ana və körpəsi ölüb

Hadisə Materials 1 May 2014 16:19 (UTC +04:00)
Yevlax rayonunun Xaldan kənd xəstəxanasında doğuş zamanı ana və körpəsi ölüb.
Yevlaxda 3-cü övladını dünyaya gətirən ana və körpəsi ölüb

Azərbaycan, Bakı, 1 may /Trend/

Yevlax rayonunun Xaldan kənd xəstəxanasında doğuş zamanı ana və körpəsi ölüb.

Trend EL TV-yə istinadən xəbər verir ki, Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Pərvanə Vəli qızı Qurbanova 3-cü övladını dünyaya gətirmək üçün həmin xəstəxanaya gətirilib. Xəstə qəbul edilərkən, vəziyyəti orta ağır olub.

Dünyaya gələn oğlan uşağı ölü olub. Bundan sonra ananın vəziyyəti pisləşib.

Həkimlərin səyinə baxmayaraq, onu həyatda saxlamaq mümkün olmayıb.

Yevlax rayon prokurorluğundan verilən məlumata görə, fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti