...

18 yaşlı Gəncə sakini göldə boğuldu

Hadisə Materials 4 Sentyabr 2015 20:05 (UTC +04:00)
Gəncə sakini göldə boğulub.
18 yaşlı Gəncə sakini göldə boğuldu

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Gəncə sakini göldə boğulub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, Gəncə şəhər sakini, Məhsəti qəsəbəsində yaşayan 18 yaşlı Kamran Musayev Daşkəsən rayonunun Qızılca kəndi ərazisində yerləşən göldə çimərkən boğulub.

Hadisə bu gün saat 19 radələrində qeydə alınıb.

Mərhumun cəsədi xilasedicilər tərəfindən çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər bölməsinə gətirilib.

Hazırda hadisənin hansı səbəblərdən baş verdiyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti