Bakı. Trend:
Hindistanda "Varda" siklonu nəticəsində azı 10 nəfər həlak olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ölənlərdən 4-ü Hindistanın Çennay şəhərində, 2-si Naqapattiname, 2-si Kançipurame, 2-si isə Tamilnad ştatında həlak olub. 50-dən artıq evə zərər dəyib və 8 minə yaxın ağac aşıb.