...

Binəqədidə ağır yol qəzası törədərək qaçan sürücü tutulub

Hadisə Materials 8 Avqust 2017 17:27 (UTC +04:00)
Binəqədi rayonunun polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Binəqədidə ağır yol qəzası törədərək qaçan sürücü tutulub

Bakı. Trend:

Binəqədi rayonunun polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Trend-in məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında deyilir.

Bildirilir ki, iyulun 26-da paytaxtın Binəqədi rayonu ərazisində Həsənov Ceyhun Cavanşir oğlunun idarə etdiyi “İnfiniti” markalı, 99-KZ-211 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyadalar - Ramilə İsgəndərova, Rəna Tağıyeva və Məlahət Qasımovanı vuraraq onlara bədən xəsarətləri yetirməsi, daha sonra yolun kənarında dayanmış Gülcahan Poladovaya məxsus “Baic Mini” markalı, 90-TE-729 dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində C.Həsənov avqustun 7-də tutularaq istintaqa cəlb edilib.

C.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti